۱۳۹۲/۰۴/۲۵

Urmiye Gölünün 75% Qurumuşdur

Umud Urmulu
Güney Azərbaycan, Urmiye:  Mehdi İsazadə bugün iran Ulusal Məclisində söz alaraq Urmiye Gölünün 75% Quruduğunu açıqladı, onun dediklərinə Görə Urmiye Gölünün Quruması iran və devləti yönəticiləri üçün bir büyük bir təhlükə olduğunu açıqladı.
Bu xəbər Tuğralı (rəsmi) olaraq iran Ulusal məclisi düşərgəsi (sitə) tərəfindən açıqlanaraq Urmiye Gölünün yeni durumuna işıq saçmış oldu, ancaq daha ilginç olan Urmiye Gölünün 75% Qurumasına rağmən Mərkəziyətçi və iran devləti medyası bu qonuda susmaları və Topluma qarşı propaganda yapmalarıdır.
Urmiye’li Millət Vəkilinin dediğinə görə Urmiye Gölü Quruması Unutulmayacaq bir zülmdür və iran Ulusal məclis Başxanila gərçəkləşən Toplantıdan sonra indiyədək 1 Tümən Büdcə Urmiye Gölünü yenidən Canlandırmaq üçün ayrılmayıb və gərçəkləşməməşdir, Artı iran’da  Sudan sorumlu Baxandan Urmiye Gölünə Təmin olunacaq su haqqında 1 il bundan öncə soru soruşulmuş ancaq indiyədək bu baxandan heç bir yanıd alınmamışdır.  
Tərəfsiz Su və Doğa Uzmanlarına Görə Urmiye Gölü iran Devlətinin Baraj tikmək siyasətlərı sonucunda quruduldu, ancaq devlətin Baraj tikmək siyasətlərı yanı sıra bölgədə Əkinçilik alanlarının 2 qata artması, Nüfus Artışı, Əskı sulama sistemi, iqlim Dəyişikliyi vs də Urmiye Gölü Qurumasında etgili olmuşdur.

هیچ نظری موجود نیست:

ارسال یک نظر